Masallıda bədbəxt hadisə baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iyulun 2-də saat 18:30 radələrində rayonun Tiyəqani kəndində Tüklə kənd sakinləri, 9 yaşlı İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı, 7 yaşlı Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 10 yaşlı Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar. Uşaqların suda batdığını ilk görən yaxınlıqda mal-qara otaran çoban olub. Hadisə barədə xəbər tutan yerli sakinlər axtarışları nəticəsində uşaqların meyitləri göldən çıxarılaraq valideynlərinə təhvil verilib.
Hazırda faktla bağlı rayonun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, boğulan iki qardaş – İlkin və Ələsgər Quluzadə 10 yaşlı Qadir Mehdiyevlə yaxın qohumdur.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB