Şabranda narkotik plantasiya aşkarlanıb
Harınov narkotik də becərirmiş

Şabranda polis özünə məxsus həyətyanı sahədə narkotik plantasıyasına qulluq edən şəxsi iş başında yaxalayıb. Dəvəçikənd kənd sakini 44 yaşlı İlyas Harınov narkotik bitkilərin əkildiyi sahəsinə baxış keçirən Şabran Rayon Polis Şöbəsinin əməkdaşları buradan xususi qaydada qulluq edilmiş 28 ədəd hind çətənəsi kolu aşkar edib və həmin çətənə kolları kökündən çıxarılaraq zərərsizləşdirilib.

Saxlanılan şəxs narkotik plantasiya sahəsini yaşadığı Dəvəçikənd kəndində əkin otlaq sahəsində əkdiyini bildirib. Hadisə ilə bağlı İlyas Harınov barəsində cinayət məcəlləsinin 237.2.3 maddəsi ilə cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə