Sabirabadda qətl törədən şəxs həbs edilib

Sabirabadda qətl törədən şəxs həbs edilib

İyunun 28-də Sabirabad şəhər sakini Fətullayev Abbas Nazim oğlunun qəsdən öldürülməsi ilə bağlı daxil olan məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Rayon prokurorluğundan SİA-ya verilən xəbərə görə, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

İstintaqla Araz Fərəcovun qeyd edilən tarixdə saat 04 radələrində Sabirabad şəhəri, Ə. Kərim küçəsində aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı Abbas Fətullayevin boğaz nahiyyəsinə kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb olunub.

Araz Fərəcov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə