Lənkəranın İstisu qəsəbəsində yanğın olub

Lənkəranın İstisu qəsəbəsində yanğın olub

Lənkəran rayonunun İstisu qəsəbəsində iki ailənin yaşadığı fərdi yaşayış evində yanğın baş vermişdir. Qəsəbə sakinləri Adil Nağıyev və Şamama Kərimovaya məxsus birmərtəbəli yaşayış evində qeydə alınan yanğın əvvəlcə Şamama Kərimovanın ailəsinin yaşadığı evdən başlamış, daha sonra alov əhatə dairəsini genişləndirərək Adil Nağıyevin ailəsinin yaşadığı əraziyə keçmişdir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilmişdir.

Yanğınsöndürənlərin səyləri nəticəsində alovun onun yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınmışdır.

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 189 kvadratmetr olan evin 78 kvadratmetri içindəki məişət avadanlıqları ilə birlikdə yanmışdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə