Lənkəranda iki yaşayış evi yanıb

Lənkəranda iki yaşayış evi yanıb

Lənkəranda ötən gecə iki ev yanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə saat 23:00 radələrində rayonun İstisu qəsəbəsində qeydə alınıb. Yanğın əvvəlcə Şamama Kərimovaya məxsus evdən başlayıb sonra əhatə dairəsini genişləndirərək Adil Nağıyevin evinə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Onların səyi nəticəsində yanğın lokallaşdırılmaqla onun yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 189 kv.m olan evin 78 kv. m ərazisi içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız hala düşüb.

Fakla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə