Masallıda həmyerlisinə məxsus 5 baş iri buynuzlu mal - qarasını oğurlayan şəxs yaxalanıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayonun Tatyanoba kənd sakini Hacıbaba Mustafayev polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 5 baş iri buynuzlu mal - qaranın kənddə yerləşən otlaq sahəsindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib. Masallı RPŞ əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat -axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Banbaşı kənd sakini Emin Zeynalov saxlanılaraq şöbəyə gətirilib.
Masallı RPŞ-nin müstəntiqi Anar Xəlilovun sözlərinə görə, İlkin dindirmə zamanı törətdiyi əməli boynuna alan Emin Zeynalov oğurladığı 5 baş irubuynuzlu mal - qaranı tanışı, rayonun Böyük Xocavar kənd sakini Elnur Təhməzova dəyər – dəyməzinə satdığını etiraf edib.
Polis əməkdaşları Elnur Təhməzovu da şübhəli şəxs qismində saxlamaqla oğurlanmış 5 baş iri buynuzlu mal - qaranı da maddi sübut kimi götürüb.
Faktla bağlı Masallı RPŞ - də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB