Azərbaycanda daha iki nəfər suda boğulub. SİA bu barədə Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir. Belə ki, iyunun 26-da Balakən rayonunun Qaracabinə kənd sakini Aslan Qaracayev Katex kəndinin ərazisində yerləşən göldə çimərkən suda boğulub. Onun meyiti sudan çıxarılıb.
Analoji fakt Şirvan şəhərində qeydə alınıb. Şəhər sakini Qədir Hümbətov Kür çayının şəhər ərazisindən keçən hissəsində çimərkən suda boğulub. Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB