Avtomobildən xeyli miqdarda saxta pul aşkarlanıb

Avtomobildən xeyli miqdarda saxta pul aşkarlanıb

Bakıda avtomobildən xeyli miqdarda saxta pul aşkarlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyunun 26-da Qaraçuxur qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Əmiraslan Əmiraslanova məxsus "Saipa" markalı avtomobildən 27 ədəd saxta 100 ABŞ dolları aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə