Bakı-Qazax yolunda qəza 1 ölü, 1 yaralı

Bakı-Qazax yolunda qəza 1 ölü, 1 yaralı

Bakı-Qazax yolunda yol qəzası baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qazax yolunun 412-ci kilometrliyində, Şəmkir rayonu ərazisində VAZ və BMW markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, VAZ markalı minik avtomobilində olan sərnişin aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən VAZ markalı minik avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit və xəsarət almış sürücü müxtəlif avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə