Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iyunun 25-də günorta saatlarında rayonun Uzuntəpə kəndində, 1995-ci il təvəllüdlü Əjdər Rasim oğlu Nəhmətov ailə münaqişəsi zəminində atası, 1966-cı il təvəllüdlü Rasim Nəhmətova və bacısı, 1999-cu il təvəllüdlü Təhminə Əjdər qızı Nəhmətovaya bıçaqla bədən xəsarətləri yetirib.
Yaxınlarının bildirdiyinə görə, ruhi-əsəb xəstəsi olan Əjdə Nəhmətovr əvvəllər də ailə üzvlərini döyməklə onlara xəsarət yetirib.
Faktla bağı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB