Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış azyaşlı qız ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyunun 24-də saat 23 radələrində Cəlilabad rayonu Qarazəncir kəndinin ərazisində Bədirli kənd sakini Əsəd Quliyev idarə etdiyi "VAZ-21061" markalı avtomobillə yolu keçən Ocaqlı kənd sakini, azyaşlı Fatimə Məlikovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB