2 balıqçı ölümdən döndü

Xaçmazda batma təhlükəsi ilə üzləşən iki balıqçı xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Xaçmaz rayonu ərazisində, Xəzər dənizində ("Nabran" sularda xilasetmə məntəqəsindən təxminən 2 km sola, 700 metr dənizin içərisinə doğru, nəzarət olunmayan ərazidə) 2 nəfər balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxıb və mühərrikin xarab olması səbəbindən suda batmaq təhlükəsi ilə üzləşiblər.

Vətəndaşlar dalğıc-xilasediciləri tərəfindən xilas olunub, qayıq yedəyə alınaraq sahilə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə