51 yaşlı kişidən 13 kq narkotik çıxdı

51 yaşlı kişidən 13 kq narkotik çıxdı

Bakı sakinindən külli miqdarda narkotik vasitə götürülüb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Rüstəm Rüstəmov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Qabil Məhərrəmovun evində 13 kiloqramdan artıq marixuana aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə