Azərbaycanda elektrik cərəyanı vurması nəticəsində iki nəfər ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyunun 22-də Nərimanov rayonu ərazisində, tikintidə fəhlə işləyən Bakı şəhər sakini Xəqani Hacıyev elektrik cərəyanı vurması nəticəsində ölüb.
Elektrik cərəyanı vurması ilə bağlı daha bir hadisə Kürdəmirdə qeydə alınıb. İyunun 22-də Kürdəmir rayonu Şilyan kənd sakini Məhbubə Abuşovanı evində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB