Bu il narkotiklərlə bağlı 388 cinayət faktı qeydə alınıb

Bu il narkotiklərlə bağlı 388 cinayət faktı qeydə alınıb

Bu ilin 5 ayı ərzində Azərbaycanda narkotik vasitələrin satışı ilə bağlı 388 cinayət faktı qeydə alınıb. SİA-nın xəbərinə görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumatda bildirilir ki, bu müddət ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən qeydə alınan cinayət faktlarının 1087-si narkotik vasitələrin saxlanılması ilə bağlı olub.

Bu ilin 5 ayı ərzində narkotik vasitələrin əkilməsi və becərilməsi ilə bağlı 45 cinayət faktı qeydə alınıb. Digər hallarla bağlı isə hüquq-mühafizə orqanları 7 fakt aşkarlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə