Hərbiçimiz minaya düşüb

Cəbhənin Qazax istiqamətində hərbiçimiz minaya düşüb. SİA-nın məlumatına görə, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, kiçik çavuş Orxan İlqar oğlu Hacıyev mina partlaması nəticəsində xəsarət alıb.

Yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə