Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib. SİA-nın xəbərinə görə, komitə sədri uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Xatırladaq ki, Arif Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib.
1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.
Qeyd edək ki, Arif Vəliyev bu gün dəfn olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB