Bakıda ağır yol qəzası baş verib. SİA-nın xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilir ki, hadisə bu gün səhər saat 08.30 radələrində Bakı-Ələt yolunda qeydə alınıb.
Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Ramin Əli oğlu Möhlətovun idarə etdiyi "VAZ-21015" markalı maşın sürücüsünün adı hələlik müəyyənləşməyən "Toyota Prado" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ-21015" markalı avtomobilin sürücüsü və onun idarə etdiyi avtomobildə olan sərnişinlər - Röyal Dadaşov və Fuad Quliyev hadisə yerində ölüb.
Qəza nəticəsində xəsarət alan daha 3 nəfər xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB