Dərmandan zəhərləndi

Gəncə şəhər sakini dərmandan zəhərlənərək ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iyunun 19-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Mirzəyev dərmandan zəhərlənib. Xəstəxanaya yerləşdirilmiş Ş.Mirzəyev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə