İyunun 19-da Masallı rayonunda taxıl zəmilərində iki yanğın hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hər iki yanğın hadisəsi rayonun Ərkivan qəsəbəsində qeydə alınıb. Saat 11.00 radələrində yerli bələdiyyəyə məxsus biçilmiş taxıl sahəsində baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub. Onların səyi nəticəsində güclü alovun genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı 6 hektar biçilmiş taxıl sahəsinin 1 hektarı yanaraq kül olub.
İkinci yanğın saat 12.00 radələrində baş verib. Əvvəlkindən daha güclü olan yanğının söndürülməsindən ötrü hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsindən üç yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub. Onların müdaxiləsi ilə yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı 35 hektarlıq biçilmiş taxıl sahəsinin 7 hektarı yanıb. Bundan əlavə güclü alov dalğaları ərazidəki ağacları, yaşıllıqları, kol-kosu, elektrik dirəklərini güclü ziyan vurub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB