Dənizdə batan şəxs xilas oldu

Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 00:05-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə