Münaqişə zəminində qonağını öldürmüş qadın tutulub

Münaqişə zəminində qonağını öldürmüş qadın tutulub

Nəsimi rayonunun ərazisində Nailə Atayeva yaşadığı evdə münaqişə zəminində qonağı Lalə Vəliyevaya çəkiclə baş nahiyəsindən xəsarət yetirmişdir. L.Vəliyeva hadisə yerində ölmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, N.Atayeva Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə