Daha bir əsgərimizi itirdik

Azərbaycan Ordusu daha bir əsgərini itirib. SİA-nın xəbərinə görə, hadisə cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə qeydə alınıb. Əsgər, 1995-ci il təvəllüdlü Ceyhun Ramiz oğlu Cahangirov xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyi faktı SİA-ya təsdiqləyib.

Qeyd edək ki, C. Cahangirov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə