Üç avtomobil toqquşdu: beş nəfər öldü

Üç avtomobil toqquşdu: beş nəfər öldü

Şəmkir rayonunun Çinarlı qəsəbəsinin ərazisində Gədəbəy rayon sakini Natiq Yusifovun idarə etdiyi "VAZ-2107", Qazax rayon sakini Elçin Qəmbərovun idarə etdiyi "Mercedes" və Gürcüstan vətəndaşı Taleh Həsənovun sürdüyü "Opel" markalı avtomobillər toqquşmuşdur. Nəticədə beş nəfər hadisə yerində ölmüş, 9 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdir.

Qaradağ rayonunun Sahil qəsəbəsinin ərazisində isə Sumqayıt şəhər sakini Faiq Abbasovun idarə etdiyi "QAZel" markalı avtomobillə Hacıqabul rayon sakini Elşad Gülmalıyevin idarə etdiyi kombayn toqquşmuşdur. F.Abbasov hadisə yerində ölmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılmışdır, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə