Nardaran qəsəbə sakinindən marixuana götürülüb

Nardaran qəsəbə sakinindən marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Elman Cəfərovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş bir çətənə kolu, evinə baxış zamanı isə 4 kiloqram 505 qram marixuana aşkar edilərək götürülmüşdür.

Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə