Liftdə qalan şəxs xilas edilib

Bakıda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci və 2-ci mərtəbələr arasında dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə