Lənkəran rayonunun Səpnəkəran kənd orta məktəbinin istifadə edilməyən sanitar qovşağına baxış zamanı təhsil ocağının balansında olan, hərbi dərslərin keçirilməsində istifadə üçün nəzərdə tutulmuş iki təlim və bir döyüş qumbarası aşkar edilib.
Döyüş qumbarası və bir qumbara alışdırıcısı təhlükə yaratdığından Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə şəhər ərazisində nömrəsi silinmiş "Naqan" tipli tapança tapılıb.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, faktlarla bağlı araşdırma davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB