Sabirabad sakininin həyətində külli miqdarda narkotik tərkibli bitki aşkar edilib
Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının "Xaş-Xaş-2014" şərti adı ilə keçirilən əməliyyat tədbirləri nəticəsində Sabirabad sakini 1975-ci il təvəllüdlü Mirzəyev Cəlal Nəzər oğlunun yaşadığı M.Müşviq küçəsi, ev 74 ünvanındakı həyətyanı sahədə yerləşən sahəsi 160 kvadratmetrə yaxın istixanadan 2 metr hündürlükdə 25 ədəd, ümumi çəkisi 54 kiloqram olan narkotik tərkibli çətənə kolları aşkar edilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, həmin istixanada ümumi çəkisi 2,2 kiloqram qurudulmuş marixuana və evin həyətində olan yardımçı otaqdan avtomobillər üçün 3 cüt müxtəlif seriyalı dövlət nömrə nişanları aşkar edilib.
Adı çəkilən şəxs istintaqdan yayındığı üçün onun tutulması istiqamətində Sabirabad rayon polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
İqbal Mikayılov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB