Saatlıda dələduzluq edən şəxslər tutulub

Saatlıda dələduzluq edən şəxslər tutulub

Əlbir olan iki nəfər şəxs müxtəlif vaxtlarda Saatlı rayon sakinlərindən təqaüd düzəltmək adı ilə pul alaraq dələduzluq ediblər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, aldadılan şəxslərdən biri Zahir Məmmədov Saatlı rayon polis şöbəsinə gələrək Saatlı rayon sakinləri Əliyev Nazim və Paşayev Kamil tərəfindən aldadıldığı ilə bağlı müraciət edib. Dərhal əməliyyat axtarış işlərinə başlanılıb adları çəkilən şəxslər şübhəli şəxs qismində saxlanlaraq polis şöbəsinə gətirilib.

Araşdırma zamanı şəxslərin digər qurbanlarınında olduğu ortaya çıxıb. Belə ki, istintaq zamanı məlum olub ki, Əliyev Nazim elə öncə öz şəriki olan Kamil Paşayevə iş düzəltmək təklifi edib. Kamil isə Nazimə inanaraq onunla iş tutmağa başlayıb. Bu minvalla müxtəlif dövrlərdə ayrı ayrı şəxslərin pul alaraq onlara təqaüd düzəltmək barədə fırıldaqlıq ediblər. Dələduzlar vətəndaşların inamını qazanmaq üçün hətta onlara şəxsi hesab kartı düzəldərək təqaüd kartı olduğunu bildiriblər.

Dələduz şəxslərdən Əliyev Nazim əməllərini inkar etsədə digər saxlanılan şəxs dələduz əməllərini etiraf edib. Belə ki, Kamil özü Nazimin dələduzluğunun ilk qurbanı olub. Kamil Nazimin ona tez tez qonaqlıq verməyinə və pul təklif etməyinə aldandığını etiraf edib. Kamil isə işlərin saxta olmasını ən sonda bildiyini söyləyir. Hər iki şəxs isə peşman olduqlarını bildiriblər. İstintaq zamanı digər aldadılan şəxslərin də kimliyi ortaya çıxıb. Məlub olub ki, dələduzluqla məşğul olan şəxslər 20-ə yaxın sakini aldadıb. Həmin şəxslərində ifadəsi alınaraq dələduzlar barəsində cinayət işi açılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə