“Xəzər Dəniz Gəmiçiliyi"nin sürücüsü tutuldu

“Xəzər Dəniz Gəmiçiliyi"nin sürücüsü tutuldu

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən 143 kiloqram mis naqil oğurlamış şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu, Zığ qəsəbəsində yerləşən "Xəzər Dəniz Gəmiçiliyi" QSC-də sürücü işləyən Bakı şəhər sakini Xanlar Əzizov tutulub.

Müəyyən edilib ki, o, iyunun 10-da işlədiyi yerdən 143 kiloqram mis naqil oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə