Dələduz qadın tutuldu

Bakıda axtarışda olan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1972-ci il təvəllüdlü Sevinc Qulubəkova saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə