Naxçıvanda baş verən dəhşətli yol qəzasında ölənlərin və yaralananların adları məlum olub. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən xəbərə görə, hərbi yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 5 nəfər - Kübra Əliyeva, Ümid Əliyev, Uğur Əliyev, Hüseyn Hüseynov və Güllü Hüseynova hadisə yerindəcə keçiniblər.
Minik avtomobilində olan digər iki nəfər - Elmar Fətəliyev və Xəyalə Hüseynova, həmçinin yük maşınında olan müddətdən artıq xidmət edən hərbi qulluqçular - Elşən Şirinov və Urfan Həsənov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Xatırladaq ki, bu gün Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib. Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən "KamAZ" markalı hərbi maşın minik avtomobili ilə toqquşub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB