Yabanı halda bitmiş çətənə və xaş-xaş kolları məhv edilib

Yabanı halda bitmiş çətənə və xaş-xaş kolları məhv edilib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Uzuntala kəndində yabanı halda bitmiş çəkisi 8,5 ton kiloqram, Qax Rayon Polis Şöbəsinin əməkdaşları Süskənd kəndində çəkisi 3 ton 150 kiloqram olan çətənə kollarını məhv etmişlər.

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları isə Mitan kəndində yabanı halda bitmiş çəkisi 5 ton 295 kiloqram olan xaş-xaş kollarını yandırmışlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə