Xəzər dənizində iki nəfər boğulub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2002-сi il təvəllüdlü Nəzərov Namiq Nemət oğlu Xəzər dənizinin Xəzər rayonu hissəsində nəzarət olunmayan ərazidə batıb.
12 yaşlı uşağın cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən səhər saatlarında çıxarılıb.
Digər sudaboğulma hadisəsi isə Xəzər dənizinin Mərdəkan qəsəbəsi istiqamətində olub.
1986-сü il təvəllüdlü Davudov Elmar Davud oğlu Mil-Qaya adlanan ərazidə batıb. E.Davudovun cəsədi batdığı yerdən, təxminən, 50 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB