Minik maşını ilə motosiklet toqquşdu Ölən var

Minik maşını ilə motosiklet toqquşdu Ölən var

Mingəçevirdə minik maşını ilə motosiklet toqquşub, sərnişin ölüb, hər iki sürücü isə xəsarət alıb. SİA FHN-in saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində vətəndaş tərəfindən idarə olunan "VAZ" markalı minik avtomobili ilə "İJ" markalı motosikletin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində motosikletin təkərləri və yanacaq çəni yanıb. Hadisə zamanı hər iki sürücüsü müxtəlif bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb.

Motosikletin sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.. Avtomobilin və motosikletin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə