Cəlilabadda rayon sakini Vahab Abdullayev münaqişə zəminində həmyerlisi İlkin Hüseynova bıçaqla xəsarət yetirmişdir. Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Abdullayev tutulmuşdur.
Masallıda rayon sakini Əkbər Gülverdiyev münaqişə zəminində Köçəkli kənd sakini Elnur Quliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirmişdir.
Yaralı xəstəxanaya yerləşdirilmişdir.
Ə.Gülverdiyev Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Səbail rayonunun ərazisində isə Yevlax rayon sakini Ceyhun Şəfiyev münaqişə zəminində Bakı şəhər sakini Abid Murtuzovu bıçaqlamışdır.
C.Şəfiyev Səbail Rayon Polis İdarəsi 39-cu bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hər üç faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB