Avtomobil oğurlamış şəxs yaxalandı

Avtomobil oğurlamış şəxs yaxalandı

Ucar rayonunun Alpoud kəndinin sakini Təbriz Mikayılova məxsus "VAZ-2107" markalı avtomobil oğurlanıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Alpoud kənd sakini Əyyub Mahmudov saxlanılıb.

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsindəki ticarət mərkəzindən geyim əşyaları oğurlanıb. Hadisəni törətmiş şəhər sakini Nofəl Cəfərov Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə