Polis 3 nəfəri bıçaqlayan şəxsin tutulması əməliyyatına başlayıb
Metroda qanlı olay

ABŞ-ın Nyu-York şəhər metrosunda qanlı hadisə verib. Nyu-York şəhərinin Bronsk rayonunda naməlum şəxs bıçaqla metroda 3 nəfərin üstünə hücum çəkərək onları yaralayıb. Bu haqda informasiyanı "The Washington Times" yayıb. Yaralılardan bir nəfərin vəziyyətinin ağır olması onun xəstəxanaya aparılması ilə nəticələnib.

Yerli polis 3 nəfəri bıçaqlayan şəxsin tutulması əməliyyatına başlayıb.

Onun kimliyi hələlik məlum olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə