Vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb

Vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb

Bakıda vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda on yeddi mərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 16-cı mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə