Sıxılmış vəziyyətdə qalmış sürücü xilas edildi

Sıxılmış vəziyyətdə qalmış sürücü xilas edildi

Bakı-Qazax yolunun 127-ci kilometrində, Şamaxı rayonunun ərazisində "MAN" markalı yəhərli-dartıcı və "Mercedes" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almış "Mercedes" markalı yük avtomobilinin sürücüsü xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılmışdır.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə