Lənkəranda ağır tonnajlı yük maşını və "VAZ 2107" markalı avtomaşın toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi ötən gecə saat 01:00 radələrində Ələt – Astara magistralının 203 km-də, Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayonunun Darquba kənd sakini, 42 yaşlı Eyvaz Yusubovun idarə etdiyi ağır tonnajlı "ZİL" markalı avtomaşınla 28 yaşlı Asif Tağıyevin idarə etdiyi "VAZ – 2107 markalı" avtomaşınla toqquşub. Qəza nəticəsində "VAZ - 2107" markalı avtomaşının sürücüsü və avtomaşında olan sərnişin, Lənkəran rayonunun Şağlaküçə kənd sakini, 43 yaşlı Sənan Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının travmotologiya şöbəsinə yerləşdiriliblər.
İlkin versiyada, qəzanın baş verməsində günah, "ZİL" markalı avtomaşının sürücüsündə görülür.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB