Bir gündə 20 nəfər yol qəzasının qurbanı oldu

Bir gündə 20 nəfər yol qəzasının qurbanı oldu

Ötən gün respublikada baş vermiş yol qəzaları nəticəsində 20-dən çox insan yaralanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 21 nəfər yaralanıb.

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 62 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə