Polisə yalan məlumat verdi, saxlanıldı

Polisə yalan məlumat verdi, saxlanıldı

İyunun 4-də saat 20 radələrində naməlum şəxs Xətai Rayon Polis İdarəsinə zəng edərək yaşadığı Gəncə prospektindəki 15 nömrəli binaya bomba qoyulması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dərhal həmin ünvana baxış keçirilib, məlumat təsdiqini tapmayıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı vermiş sərxoş halda olan Bakı şəhər sakini, 44 yaşlı Marat Qaynılov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə