Sabunçu rayonunun ərazisində yerləşən 96 nömrəli orta məktəbin həyətində Yevlax rayon sakini Elçin Abbasovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini Yusif Ələkbərzadə tərəfindən törədilməsi müəyyən edilmişdir.
Faktla bağlı cinayət işi açılmışdır, Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB