Gün ərzində 68 cinayət faktı qeydə alınıb

Gün ərzində 68 cinayət faktı qeydə alınıb

İyunun 4-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 68 cinayət faktından 32-nin üstü "isti izlər"lə açılmışdır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında qeydə alınmış 9 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər ölmüş, 8 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.

Cinayət törətdiyinə görə 27 nəfər tutulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə