Bu gün səhər Bakıda baş verən iki sərnişin avtobusu toqquşması nəticəsində 12 nəfər xəsarət alıb. SİA-nın xəbərinə görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumatda bildirilir ki, hadisə ilə bağlı təcili yardıma bu gün səhər 10:17-də çağırış daxil olub.
Qara Qarayev metrosunun yaxınlığında baş verən qəzaya 8 təcili yardım briqadası göndərilib. Ərazidə 1 və 36 saylı marşrut avtobuslarının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb. Onların 2-nə yerində ilkin tibbi yardım göstərilib. Digər 10 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 8-i kişi, 2-si isə qadındır. Xəsarət alanların 8 nəfəri 3 saylı şəhər klinik xəstəxanası, 2 nəfər-ana və oğulun isə alt-üst çənə sınıqları olduğu üçün Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Xatırladaq ki, hadisə Qara Qarayev metrosunun yaxınlığında, "Ruslan" marketin qarşısında qeydə alınıb. 36 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə 1 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu toqquşub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB