Q.Qarayev prospektində ağır yol qəzası baş verib FOTOLAR

Q.Qarayev prospektində ağır yol qəzası baş verib FOTOLAR

Q.Qarayev prospektində ağır yol qəzası baş verib. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzada 3 nəqliyyat vasitəsi toqquşub. 36 nömrəli marşrut digər avtobusa arxadan dəyib, nəticədə isə həmin nəqliyyat vasitəsi qarşısındakı VAZ 21-07 markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində yaralananlar olub.

Qəza yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər gəliblər.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə