Azərbaycandan gedən gəlin Moskvada özünü 17-ci mərtəbədən atdı. Moskvanın Kalininsk rayonunda azərbaycanlı gəlin özünü 17-ci mərtəbədən atıb. 21 yaşlı Azərbaycan vətəndaşının cəsədi Prosveşeniya prospektindəki 99 nömrəli binanın qarşısında aşkar edilib. Onun özünü binanın 17-ci mərtəbəsindən atdığı məlum olub.
Müəyyən edilib ki, həmin qadın Moskvaya ərinin - 27 yaşlı Azərbaycan vətəndaşının yanına gedibmiş. Onun əri həmin binada kirayədə yaşayır. Cəsəd morqa göndərilib və azərbaycanlı qadının özünü atmasının motivləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB