Lənkəranda baş verən yol qəzasında 1 nəfər ölüb

Lənkəranda baş verən yol qəzasında 1 nəfər ölüb

Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Lənkəran-Lerik şose yolunun 19-cu kilometrliyində, rayonun Təngivan kəndindən keçən hissəsində baş verən qəzada Lerik rayon sakini, 1971-ci il təvəllüdlü Qafur Abutalıb oğlu Alxasovun idarə etdiyi "Niva" markalı avtomobil Lənkəran rayonunun Şağlakücə kənd sakini, 1982-ci il təvəllüdlü Rafiq Rafil oğlu İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Ağır xəsarətlər alan "Niva"nın sürücüsü hadisə yerindəcə keçinib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə