Bakıda avtodayanacaqda dayanmış dörd avtomobil yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Səbail rayonunda avtomobil dayanacağında dayanmış "Fiat" markalı minik avtomobilinin yanar hissələri, vətəndaşa məxsus "Vaz" markalı minik avtomobilinin salonu və 2 ədəd arxa təkərləri, "Kia" markalı minik avtomobilinin 2 ədəd sağ qapısı və "Mercedes" markalı minik avtomobilinin sağ tərəfi qarsalanıb.
Avtomobillərin qalan hissəsi və yaxınlıqda olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB